19 Ocak 2010 Salı

Yoxluğunu düşünmək istəmirəm !!!




Bir gün baxışların içimi titrətdi, bilmədiyim, tanımadığım bir dünyanın qapıları açıldı önümdə... səni sevmək mənim suçum oldu!


Insan hesab-kitab edib sevən olmazdı ki!


Bu ğərib duyğusal çəkim məni yaxaladı. Sənin mənə olan hisslərin nə idi düşünmürdüm, bilməzdən içimdən bir səs sənə sarı götürür məni... səni hər zaman içimdə hiss edə bildim.


Sən bu halımı nə qədər anlaya bilirdin bilmirəm! Ama mənim kimi hər şeydən və hər kəsdən uzaq bir hayatın olsaydı bütün nə demək olduğunu anlardın.


Səni anlaya bilirəm sevdiklərin və hər kəsin yanında gülüb-ağlamaq və məni sevib-sevməmək sənin doğal haqqındır.


Sən ürək dünyamda tapıldığın gündən, baharın yağmurla gətirdiyi təravət oldun içimdə. Heç bir zaman səni sevməkdən əl üzmədim.


Şəkilində gördüyüm dərin baxışlar və o həzin səsin ürəyimdə fırtanalar qopardı, sən heç bilmədin bunları. Sənə bənzəyən hər şeyi sevdim.


Sevdiyim hər şeydə səndən izlər gördüm... olmadığın zamanlarda ağlıma düşdün, zamansız yaralandım.


Mənim sənə söylədiklərimi və hətta sevgi yaşadıqlarımı bir xəta olduğunu sandın. Sənin üçün bir qanayan yara olmağımı bildim!


Bir xəta! Bir yanlış! Ama nə edə bilərdim, sevən ürək bunları düşünmürdü ki.


Indi ürəyimin bir ücündan çıxmırsan. Sonuna qədər çıxmayan olmusan. Səni unutmağı bacarmıram.


Bunu bilməlisən, adım bir yana, dünyada olduğumu unutsan da, mən yenə buraxdığın yerdə olacağam.


İndi ki yoxsan, yayın qovuran istisində iliklərimə qədər üşüyürəm...


Içim yanır kimsəyə anlada bilmirəm. Sevdiyim anlamadıqdan sonra kim anlasın. Mənə güldüklərini bilirəm! Bunu iliklərimə qədər düşünürəm.


Bu sevgini ürəyimdə yaşayıram və yenə ürəyimə buraxmışam umudlarımı. Bunları bir gün oxuyacaqsan! Hönkürtü ilə ağlayacağını bilirəm.


Arzılayıram yaşayişin ən mutlu günləri sənin üçün olsun, canımın içi...


Çox gecə səni tapmaq üçün yalnız özün bildiyin yerə gəldim. Ama gahdan orda olduqda mənlə görməzlər kimi yanaşdın.


Hər gecə yalqızlıqlar acısıyla qəbiri satın alan oldum. "Gəlir" dedim kəndimi ışıqlandırsın.


Ancaq gəlsən də saymazyana ötdün. Içimi param-parça hiss etdim, ama yenə də sənə acı bir söz demək dodaqlarımdan gəlmədi.


Unutdum yanıtsız mesajlarımı, unutdum telfonlarıma cavab vermədiyini. Iç çarpışmalarımı unutdum. Bir tək səni unutmadım sevgilim, bir tək səni unudamadım.


Yenə geri dönməyinə ürək bağladım. Hər an alışdım acılara, alışdım sevdiklərimin yoxluğuna. Yalqızlığa, həsrətə bir də sənsizliyə alışmağa yol vermədim. Ama səni hər nə qədər gözlədimsə gələn olmadın.


İndi təkliyim artarkən böyüyən yoxluğun var.


Qulağımda səsinin izi, yazılarında barmaqlarının parıldaması.


Yadındamı?! Bir dönə dedin: " ölkə var bir para yazıçı və şairləri pul alıb tapşırılmalı yazılar yazarlar "!!! bu sözü deməkdən anlatmaq istəyirdin ki ola bilər mənim yazılarım da o sıra yazılardan olsun!!!


Offf belə qələmlərə və nifrən belə yazanlara.


Daha o sözləri eşiddikdən sonra çox zamanlar yazdım və yazılarımı sənə verməkdən çəkindim. Susdum və həsrətlərimi ürəyimdə daşıdım və bəlkə də gerçəkdən demədiyim sözlərlə dolu ürəyimin hislərin sənə bildirmədiklərim, məndən qaçmağının səbəbləri oldu.


İndi sən hardasan sevgilim? Varlığın hardadır?


Bir fəsil döndü, sən dönmədin.


Sənsizliyim qara bulutlar kimi bir yerə toplanıb, acılarım ürəyimdə gecə yarılarında həsrət şeirlərimlə birgə, öksüz baxışlarıma yağmaq istəyir...


Səni itirmək nə demək! Özümü itirmək kimidir.


Sənsizliyimi düşünmək istəmirəm!!!


Mənim gözümdən itməyinlə günəş batışını anlatdın mənə.


Gözəl mələyim! Sən günəş qədər məndən uzaqlaşsan da, ürəyimə onun saçları qədər yaxından da yaxınsan.


əyər məndən hər an uzaqlaşmağa can atsan da! Mənim çılğın sevgim bitən deyil!


Sənə olan sayğım və sevgim sonsuza qədər sürəcək...


Uzaqdan sevməyi heç sevmirəm, ama uzaqdan sevməyə məcburam. Kimsə bilməməlidir səni sevdiyimi ! ....




Hiç yorum yok: