yoxam
sanki yoxmuşam heç
nə səsim qalıb
nə sözüm
Kimsə xatırlaya bilmir məni, dırnaq ucuca belə
Sevdiklərim də sevildiklərim də
İnciddiyim adam,
Qırdığım cam
Yuvalarına su tökdüyüm qarışqaların da yaddaşından pozulmuşam mən
Yazdığım məktublar dəri qutusunun bucağında itir
Göndərdiyim məsajlarsa uğursuzcası yolda qalır
Telefon nümrəm silinib yer üzündən
Yoxam
Ölülər kimi də yox ( ki onların e`lanı, məzarı, daşı olar)
Döşləri dolu sulu buludlar kimi ki yox!,
Bağrı çatlamış quru zəmilər kimi də deyiləm
(heç nəyi gözləməyirəm, hətta məsələn yağışı da)
Nə gözlənilən bir misafir kimiyəm
Nə də gözlənilməz bir vay xəbəri kimi
yoxam
və bu olduqca çaştırıcıdır
boylu olmayan qadını çaştıran bir sancı kimi !
"Aydın Araz"
1 نظرات:
Sevgili Terlan bloğumu ziyaretin için çok teşekkür ederim.Müzikleri beğenmenden dolayı çok memnun oldum.Yalnız mail adresini verirsen seninle irtibata geçebilirim.Az çok anlıyorum azerice.İkinci vatanıma selamlar...
Yorum Gönder