3 Eylül 2008 Çarşamba

HARAY XAN

HARAY XAN

QARAVULun qayasında
Durub
Üzün tutdu kəndə
" HARAY XAN"ım.

Yaylım səsi qavzanarkən.
Daşlar üzrə,
Al mamırlar çiçəkləndi...
Çoxlu lələk də savrıldı.

Axşam çağı;
Gətirdilər " QIRX BULAĞA"
Cibindən bir quş naxışlı
Dəsmal
D
Ü
Ş
D
Ü
Al qan içrə
Çırpınırdı
SARI – KÖYNƏK
...


" YARIM YARA, YARIM YARDIR kitabından-Hüseyin Rəzmi"

Hiç yorum yok: